Yuxarı

Vasif Talıbov qadınlara fəxri adlar verib

İki nəfər Əməkdar həkim, bir nəfər Əməkdar müəllim adı alıb

Bakı. 9 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR-in fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, Əhmədova Şəhla Hüseyn qızına və Əliyeva Gültəkin Budaq qızına “Əməkdar həkim” fəxri adı, Rzayeva Tahirə Həmid qızına isə “Əməkdar müəllim” fəxri adı verilib.

Onlar Naxçıvan Muxtar Respublikasında səhiyyə və təhsil sahələrində səmərəli fəaliyyətlərinə görə təltif olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi