​Vasif Talıbov Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb

​Vasif Talıbov Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb Ali Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub
Daxili siyasət
1 Sentyabr , 2015 15:15
​Vasif Talıbov Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi