Yuxarı

Vasif Talıbov dörd nəfəri təltif edib - SİYAHI

Naxçıvan Ali Məclisinin sədri sərəncam imzalayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında dörd nəfər idmanın inkişafında səmərli fəaliyyətinə görə təltif edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hacıyev “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, İbadulla Əliyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanına, Ayaz Bağırov və Xəyal Qurbanov isə “Rəşadətli əməyə görə” nişanına layiq görülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi