Azərbaycandan xaricə pul köçürülməsi ilə bağlı məhdudiyyət olmayacaq

Azərbaycandan xaricə pul köçürülməsi ilə bağlı məhdudiyyət olmayacaq Prezident “Valyuta tənzimi haqqında” qanuna dəyişikliyi imzalamadan Milli Məclisə geri qaytarıb
Daxili siyasət
200
10 Fevral , 2016 11:29
Azərbaycandan xaricə pul köçürülməsi ilə bağlı məhdudiyyət olmayacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

"Report"un məlumatına görə, bu barədə "AZƏRTAC"a Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən bildirilib.

Xatırladaq ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Son xəbərlər

Orphus sistemi