Vahid Hacıyev: “Ağalı kəndində hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şəraiti var”

Vahid Hacıyev: “Ağalı kəndində hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şəraiti var” Hazırda Zəngilanın Ağalı kəndində 175 ailə yaşayır və hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şərait mövcuddur.
Daxili siyasət
30 dekabr 2023 13:14
Vahid Hacıyev: “Ağalı kəndində hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şəraiti var”

Hazırda Zəngilanın Ağalı kəndində 175 ailə yaşayır və hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şərait mövcuddur.

Bunu “Report”a müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Zəngilan şəhərinin Baş planı təsdiq olunub və ona uyğun infrastruktur layihələr hazırlanmaqdadır.

“Həmçinin, Zəngilanın memarlıq üslubuna uyğun olaraq yaşayış komplekslərinin layihələri hazırlanır. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə ilk yaşayış məskəni məhz Zəngilan rayonunun Ağalı kəndində salınıb. Bugünədək “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb”, - o deyib.

V.Hacıyev xatırladıb ki, Zəngilan şəhərində artıq Hava Limanı, Konqres Mərkəzi fəaliyyət göstərir. Sözügedən Mərkəzdə bu günədək 3 beynəlxalq tədbir təşkil edilib.

“Ağalı kəndinə köçmüş sakinlər üçün zəruri olan bütün infrastruktur şərait yaradılıb. Burada “Ağıllı kənd” meyarlarına uyğun zəruri xidmətlər, iş yerləri və digər bu səpkidə imkanlar var. Hazırda bu kənddə 175 ailə firavan şəkildə yaşayır. Həmçinin, hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şərait mövcuddur”.

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi