​Yeganə Hacıyeva: "Heç vaxt Milli Şuranın üzvü olmamışam"

​Yeganə Hacıyeva: "Heç vaxt Milli Şuranın üzvü olmamışam" "Düşündüm ki, "125-lər" Siyasi Klubuna qoşulmaq daha doğrudur"
Daxili siyasət
4 Fevral , 2015 15:38
​Yeganə Hacıyeva: Heç vaxt Milli Şuranın üzvü olmamışam

Bakı. 4 fevral. REPORT.AZ/ "Bu il Milli Şuranın Sədr Aparatı və Koordinasiya Şurasına seçkilər keçirildi. Hesab etdim ki, seçkidə iştirak etməyim. Seçkidən əvvəl Sədr Aparatında təmsil olunurdum, amma heç vaxt Milli Şuranın üzvü olmamışam. Ona görə də daha fərqli imkanları dəyərləndirmək qərarına gəldim. Düşündüm ki, "125-lər" Siyasi Klubuna qoşulmaq daha doğrudur".

Bunu "Report"a açıqlamasında Milli Şuranın Sədr Aparatının sabiq üzvü Yeganə Hacıyeva deyib.

O, Milli Şura ilə yollarını ayırmasının səbəblərini də açıqlayıb: "Milli Şura və strukturları seçkili orqanlardır və mən də bu il seçkidə iştirak etməmək qərarını verdim. Fikirimcə, siyasətdə çox önəmli addımlardan biri bir siyasətçinin özünə mütamadi olaraq hesabat verməsidir. Özünün və ətrafının imkanlarını səmimi dəyərləndirmək və qarşılarına qoyduqları plan və məqsədlərə çatmaq üçün realliğı hesablamaq, plan və hədəflərinə çatmadığı halda mübarizə üslubuna və tərzinə yenidən nəzər salmaq çox önəmlidir. Məqsədim gənclərlə birlikdə siyasətdə yeni və mütərəqqi baxış tərzi ortaya qoymaqdır".

O qeyd edib ki, Siyasi Klubun əsas hədəfi parlament seçkilərində iştirak etməkdir: "Seçkidə 125 dairə üzrə 125 namizədlə təmsil olunmağı planlaşdırırıq və mən bu proqram çərçivəsində 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən namizəd olmağı qərara almışam".

Son xəbərlər

Orphus sistemi