Ümumxalq səsverməsində saat 12:00-a olan seçici fəallığı açıqlanıb

Ümumxalq səsverməsində saat 12:00-a olan seçici fəallığı açıqlanıb Seçicilərin 30.6%-i səsvermədə iştirak edib
Daxili siyasət
26 Sentyabr , 2016 12:31
Ümumxalq səsverməsində saat 12:00-a olan seçici fəallığı açıqlanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan-saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 1 613 879 nəfəri (30.6%) səsvermədə iştirak edib.

Son xəbərlər

Orphus sistemi