Yuxarı
    Bağlamaq

    Ümid Partiyası qurultaya hazırlaşır

    Qurultayın 2018-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır© courtesy image

    Bakı. 5 aprel. REPORT.AZ/ Ümid Partiyası qurultaya hazırlaşır.

    Bu barədə "Report"a partiyanın sədri İqbal Ağazadə məlumat verib.

    O bildirib ki, qurultayın 2018-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır.

    Partiya sədri deyib ki, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi konfransların keçiriməsinə başlayıb və indiyədək 4 konfrans keçirilib.

    Onun sözlərinə görə, partiya sədrliyinə namizədlər də qurultayda irəli sürüləcək: "Yenidən partiya sədrliyinə seçilməyim üçün namizədliyimin irəli sürülməsini zaman göstərəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi