Ulu öndərin xatirəsi Aran rayonlarında böyük izdihamla yad edilib - VİDEO

Ulu öndərin xatirəsi Aran rayonlarında böyük izdihamla yad edilib - VİDEO Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım günü tədbiri keçirilib.
Daxili siyasət
13 Dekabr , 2019 00:09
Ulu öndərin xatirəsi Aran rayonlarında böyük izdihamla yad edilib - VİDEO

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım günü tədbiri keçirilib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, öncə rayon rəhbərliyi başda olmaqla idarə, müəssisə rəsmiləri, məktəblilər və ictimaiyyət nümayəndələri gül dəstələri ilə ulu öndərin abidəsini ziyarət edərək öz ehtiramlarını ifadə ediblər.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, əvəzolunmaz xidmətlərindən söhbət açılıb. Qeyd edilib ki,  Heydər Əliyev ümummilli lider adını qazanmaqla bütün xalqın sevgisini qazanıb. Tədbirdə çıxış edənlər zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Bir daha vurğulanıb ki, Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan ulu öndərin şah əsəridir.


***

Ümummilli liderin Heydər Əliyevin anım günü Sabirabad rayonunda da qeyd olunub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, ulu öndər Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar minlərlə rayon sakini əllərində gül-çiçək dəstələri şəhərin baş meydanına gələrək dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Rayonun mərkəzi meydanındakı izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirib. Meydana toplaşanlar ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin ulu öndərin tarixi xidmətlərindən danışıb. Bildirib ki, 14 dəfə Sabirabad rayonuna səfər edən ümummilli lider rayonun sosial-iqtisadi və kənd təsərrüfatının inkişafına öz töhfəsini verib. İndi rayonda olan ən nəhəng obyektlər məhz Heydər Əliyevin göstərişi ilə inşa edilib. 


***

Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Beyləqanda da ulu öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib. "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək ulu öndərin abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev mərkəzində Elmi-praktiki konfrans keçirilib. Öncə milli liderin həyatını əks etdirən film izlənilib. 

Daha sonra çıxış edən rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz üçün gördüyü böyük işlərdən danışıb. Bildirib ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoyub.

Bildirilib ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndər Heydər Əliyev hər zaman minnətdarlıqla xatırlanacaq.


***

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü İmişli rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.

"Report"un Aran bürosu xəbər verir ki, səhər saatlarında rayon rəhbərləri, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki Heydər parkına gələrək böyük ödərin abidəsini ziyarət edib, önünə güllər düzüb, bu dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər. 

Daha sonra anım tədbiri Heydər Əliyev mərkəzində davam edib. Burada dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışılıb, ulu öndərin Azərbaycana rəhbərlik illərinin istər sovetlər, istərsə də müstəqillik dövründəki inkişafdan bəhs olunub. 

Əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın dünyanın qüdrətli dövlətləri sırasında işıqlı gələcəyə doğru inamla irəlilədiyi bildirilib. Vurğulanıb ki, dahi insan Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Son xəbərlər

Orphus sistemi