Yuxarı
    Bağlamaq

    Ulu öndər Heydər Əliyevin 94-cü ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

    Mərasim iştirakçıları “Vətənə, xalqa həsr edilən ömür” filminə baxıblar

    Bakı. 5 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində (DMX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

    Qurumdan "Report"a verilən məlumata görə, əvvəlcə DMX-da fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ziyarət edilib.

    Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən söz açıb. Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından,Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayan 

    Xidmət rəisi qeyd edib ki, ümummilli lider sovet rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edib, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla dövlət müstəqilliyimizin möhkəm təməlini qoyub.

    Ümummilli liderin siyasətinin əhəmiyyətindən bəhs edən F.Nəbiyev diqqətə çatdırıb ki, ötən əsrin 90-cı illərinin birinci yarısında qeyri-sabit regionda Azərbaycanla “Əsrin müqaviləsi” kimi tarixi sazişin imzalanmasının yalnız və yalnız Heydər Əliyev amilinə görə mümkün olduğu birhəqiqətdir. Dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini,dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutduğunu xüsusi vurğulayan xidmət rəisi bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər Əliyev kimi ümummilli lideri var.

    Sonra tədbir DMX aparatının akt zalında davam etdirilib. Mərasimdə “Ulu öndər Heydər Əliyevin alternativsiz siyasi kursu Azərbaycanın parlaq gələcəyinin təminatıdır” mövzusunda məruzə təqdim olunub.

    Məruzədə ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin hamisi olduğu fikrinə diqqət çəkilib, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına verdiyitöhfələrin xüsusi əhəmiyyətinə toxunulub.

    Sonda mərasim iştirakçıları “Vətənə, xalqa həsr edilən ömür” filminə baxıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi