“Ukraynadakı hadisələr göstərdi ki, kənar güclərin təhriki ilə müharibəyə başlamaq olmaz” - RƏY

“Ukraynadakı hadisələr göstərdi ki, kənar güclərin təhriki ilə müharibəyə başlamaq olmaz” - RƏY “Ukraynadakı müharibə göstərdi ki, kənar güclərin təhriki və dəstəyi ilə müharibəyə başlamaq olmaz”.
Daxili siyasət
20 Noyabr , 2023 11:53
“Ukraynadakı hadisələr göstərdi ki, kənar güclərin təhriki ilə müharibəyə başlamaq olmaz” - RƏY

“Ukraynadakı hadisələr göstərdi ki, kənar güclərin təhriki və dəstəyi ilə müharibəyə başlamaq olmaz”.

Bunu “Report”a açıqlamasında siyasi analitik Yeganə Hacıyeva deyib.

O bildirib ki, hər bir dövlətin digərinə dəstəyində öz maraqları var:

“ABŞ öz vətəndaşlarının cibinə girərək xarici problemləri həll etməyə çalışır. Bu isə vətəndaşlar arasında narazılıq yaradır. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ-də prezident seçkilərinə bir il qalıb. Belə olan halda hakimiyyət müəyyən redaktələrə getməli olur. Ümumiyyətlə, Cozef Bayden administrasiyasının rəsmi Kiyevə dəstəyi vədini yerinə yetirməyən iqtidarın davranışları kimi qiymətləndirilməlidir”.

Ekspertin sözlərinə görə, hazırda ABŞ Ukraynaya vəd etdiyi bir neçə proqramı yerinə yetirmir: “Bu, absurd səbəblərlə izah olunur. Həmin proqramlar arasında ən yaddaqalanı və müzakirələrə səbəb olanı “lend-liz” haqqında qanundur. Bu, müharibənin taleyini dəyişə biləcək məsələdir. Amma “lend-liz” qanunu çərçivəsində Vaşinqtonun Kiyevə real dəstəyi olmadı”.

Analitik qeyd edib ki, ABŞ Yaxın Şərqdəki davranışı etibarlı tərəfdaşın atdığı addımlar deyil: “Çünki Ukrayna faktiki olaraq təhriklərə getdi. Bu gün Ukrayna uçuruma aparılır. Dövlətin təhlükəsizlik əsasları darmadağın olub, sosial və siyasi əsasları zəifləyib. Həmçinin ciddi korrupsiyalara yol verilir. Bütün bunlar məhz ABŞ-nin riyakar siyasətinin nəticəsidir. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-nin bu gün Ukraynaya verdiyi silahların xeyli hissəsi faktiki olaraq işlək vəziyyətdə deyil və metallomluqdur. Bu, bir daha göstərdi ki, xarici yardım əsasında müharibədə qalib gəlmək olmaz. Hazırkı savaşın hərbi yolu yoxdur. ABŞ isə Ukraynadakı döyüşlərin siyasi həlli üçün etibarlı tərəfdaş deyil”.

Xatırladaq ki, “Foreign Affairs” nəşri daha əvvəl yazıb ki, həm ABŞ-də, həm də Avropada Ukraynaya hərbi və iqtisadi dəstək sahəsində siyasi iradə azalmağa başlayıb. Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diktə edir. Qeyd olunub ki, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üçün məsləhətləşmələrə başlamalıdır. Belə ki, Ukraynanın yüksək səviyyədə əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib.

Son xəbərlər

Orphus sistemi