Üç tarixi-mədəniyyət abidəsi Tərtər rayonunun tabeliyinə verilib

Üç tarixi-mədəniyyət abidəsi Tərtər rayonunun tabeliyinə verilib Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qə
Daxili siyasət
802
30 Dekabr , 2020 18:54
Üç tarixi-mədəniyyət abidəsi Tərtər rayonunun tabeliyinə verilib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

“Report” xəbər verir ki, qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə dəyişiklik edilib.

Dəyişikliklə Kəlbəcər rayonundakı Kilsə (1898-ci il Suqovuşan kəndi), Ağdam rayonundakı Yegiş Arakel Məbədi (XII əsr Suqovuşan kəndi) və Körpü (Suqovuşan kəndi) memarlıq abidələri Tərtər rayonu ərazisinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi