Yuxarı

Üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, layihəyə əsasən, ölkədə üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq.

Qüvvədə olan qanunvericiliyə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi