Yuxarı
    Bağlamaq

    TürkPA-nın Beynəlxalq Müşahidəçilər Qrupu Azərbaycanda referendum prosesini izləyirlər

    Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidəçilər Qrupu bu gün  Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi - (referendum) prosesini izləyirlər. 

    "Report" xəbər verir ki, missiyanın rəhbəri, Qazaxıstan Parlamentinin deputatı Nurlan Durlatbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakının Nizami rayonu ərazisində fəaliyyət göstərən 18 saylı Nərimanov-Nizami seçki dairəsi 14, 15 və 16 saylı seçki məntəqələrinə gəliblər və seçki prosesi ilə tanış olublar. TürkPA-nın Baş katibi Jandos Asanov bildirib ki, səhər saatlarından seçki prosesini izləyir: "Qeyd edim ki, seçkilər mütəşəkkil qaydada keçir".

    Türkdilli ölkələrdə keçirilən seçkilərdə ənənəvi olaraq iştirak etdiklərini deyən missiyanın türkiyəli üzvü İpək Haluk isə bildirib ki, izlədikləri seçki məntəqələrində səsvermə prosesi nizamlı qaydada keçir: "Bu, illərdir belə davam edir. Hər il bu işlərin daha nizamlı şəkildə qurulduğunun şahidi oluruq. Biz şəffaf sandığa keçməzdən öncə Azərbaycanda belə sandıqlar vardı. Bu referendumla Azərbaycan irəliyə addım atır. Ümid edirik ki, bu səsvermə Azərbaycan və onun xalqı üçün xeyirli olacaq". 

    Qeyd edək ki, Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi