TÜRKPA missiyasının rəhbəri: "Seçicilərin yüksək fəallığı müşahidə olunur"

TÜRKPA missiyasının rəhbəri: "Seçicilərin yüksək fəallığı müşahidə olunur" Haluk İpək: "Seçkilər çox sakit ab-havada keçirilir"
Daxili siyasət
11 Aprel , 2018 17:16
TÜRKPA missiyasının rəhbəri: Seçicilərin yüksək fəallığı müşahidə olunur

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda Prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunur".

Bunu "Report"a Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Türkiyə parlamentinin deputatı Haluk İpək deyib.

"Aktivlik xüsusən səhər saatlarında gənclər arasında müşahidə olundu. Bir neçə məntəqəyə gedərkən artıq seçici fəallığı Bakıda 30%, Sumqayıtda isə, təxminən, 60% təşkil edirdi", - o qeyd edib.

"Bakı və Sumqayıtda seçki prosesini izlədik. Deyə bilərəm ki, seçkilər çox sakit şəraitdə keçirilir", - H.İpək deyib.

O qeyd edib ki, müşahidə zamanı heç bir pozuntuya rast gəlinməyib.

Son xəbərlər

Orphus sistemi