Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib
Daxili siyasət
21 Aprel , 2021 16:46
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Cahit Bağçı

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib.

“Səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib. Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvü olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.

Evlidir, 3 övladı var.

Son xəbərlər

Orphus sistemi