“Türksüz Ermənistan” siyasətinə görə vətənlərindən didərgin düşən Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıtmaları qanuni haqlarıdır”.
Bu fikirləri “Report”un Ankara Bürosuna Türkiyənin Qazi Universitetinin müəllimi, professor Bülent Aksoy bildirib.
XIX əsrin əvvələrindən etibarən Ermənistanda türklərin yurd-yurdlarından edilməsi prosesinin başladığını vurğulayan Bülent Aksoy bildirib ki, bu tarixi xətaların aradan qaldırılmasının zamanı çoxdan çatıb:
“Ermənistan bu yanlış siyasətini XX əsrin sonlarına qədər davam etdirib. Sonuncu dəfə 1988-89-cu illərdə Ermənistanda yaşayan Azərbaycan türkləri öz dədə-baba torpaqlarından sürgün edildilər. O zamana qədər ki, Ermənistanda bir türk belə qalmadı.
Ermənistanın bu prsosesdə etdiyi tarixi xətanın fərqində olması lazımdır. Deportasiya prosesində insanlara törətdiyi qətliamları, Xocalı soyqırımı, digər müharibə cinayətlərini göz önünə gətirib yaxşıca düşünməlidir Ermənistan. Ermənistan oradan sürgün edilən Qərbi azərbaycanlıların öz doğma vətənində yaşamaq imkanı tanımalıdır. Xüsusilə 44 günlük müharibədəki məğlubiyyətini göz önünə alaraq bu addımı atmalıdır”.

Professorun firkincə, bu mövzuda Ermənistanın Azərbaycanla və Türkiyə ilə münaqişə yaşaması ilk növbədə öz əleyhinə aparılan bir siyasətdir:
“Ermənistan diasporunun yardımları ilə özünü zorla ayaqda tutan ölkədir. Bir tərəfdən Türkiyə ilə sərhədləri bağlıdır, digər tərəfdən özünə qapanıb. Odur ki, Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə sərhədlərinin bərpa olunması Ermənistanın atacağı müsbət addımlara bağlıdır. Bu mənada Ermənistan daha real, siyasi, sülhməramlı bir davranışla problemə yaxınlaşarsa iqtisadi baxımdan irəliləyiş qazanacaq. Bildiyimiz kimi Ermənistan əhalisinin sayı 3 milyon qeyd olunsa da, bu ölkədə faktiki əhali sayı 1,5 milyondur. Yerdə qalan 1,5 milyonun iş axtarmaq məqsədilə Türkiyəyə, Rusiyaya və digər ətraf ölkələrə getdiyi məlumdur. Ona görə də Ermənistan əgər o torpaqlar üzərində davamlı olaraq həyatını sürdürmək istəyirsə, bu baxımdan diplomatik əlaqələrini inkişaf etdirməli, nə Türkiyə, nə Azərbaycana zidd olmamalıdır”.