Türkiyəli nazir Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Türkiyəli nazir Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib.
Daxili siyasət
15 noyabr 2023 05:32
Türkiyəli nazir Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Şəhidlər xiyabanı və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

“Report”un xəbərinə görə, naziri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müşayiət edib.

09.19

Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib.

“Report”un xəbərinə görə, türkiyəli nazir Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Xatırladaq ki, Mehmet Özhaseki Bakıda Türk Dünyası ll Meteorologiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Son xəbərlər

Orphus sistemi