"Türk mətbəxi həftəsi" çərçivəsində Yunus Əmrə İnstitutunda tədbir keçirilib

"Türk mətbəxi həftəsi" çərçivəsində Yunus Əmrə İnstitutunda tədbir keçirilib Türkiyə Prezident Administrasiyası və Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşkilatçılığı ilə həm ölkə daxilində həm də xaricdə eyni vaxtda qeyd olunan "Türk mətbəxi həftəsi" çərçivəsində Bakı Yunus Əmrə İnstitutunda tədbir keçirilib.
Daxili siyasət
21 May , 2022 17:07
Türk mətbəxi həftəsi çərçivəsində Yunus Əmrə İnstitutunda tədbir keçirilib

Türkiyə Prezident Administrasiyası və Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşkilatçılığı ilə həm ölkə daxilində həm də xaricdə eyni vaxtda qeyd olunan "Türk mətbəxi həftəsi" çərçivəsində Bakı Yunus Əmrə İnstitutunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Ər, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

C.Bağcı tədbirdə çıxışı zamanı türk mətbəx mədəniyyətinin özünəməxsus mədəniyyət olduğunu və tarixi zənginlik baxımından müəyyən nizam, ahəng və estetikanı özündə birləşdirən bənzərsiz bir mədəniyyət olduğunu bildirib.

Səfir türk kulinariya mədəniyyətinin dünyanın ən görkəmli mətbəxlərindən və saraylara qədər girmiş bir mətbəx olduğunu, türk millətinin ən çətin, yoxsul vaxtlarda belə ləzzətlər ortaya çıxara bildiyini qeyd edib.

C.Bağcı türk dünyası mətbəxindəki oxşarlıq və fərqliliklərə də toxunub: "Bunlar bizim zənginliklərimizdir və bunları qorumaq və yaşatmaq üçün həyata keçirilən bu tədbir son dərəcə dəyərli və əhəmiyyətlidir. Əks halda vəhşi kapitalizm və müasir mədəniyyət mədəni elementlərimizi və kulinariya mədəniyyətimizi də məhv etməkdədir. Türk mətbəxi fast food mədəniyyətinə qarşı müqavimət göstərməyə çalışır və dirəniş göstərir. Bunu qoruyacaq olan da bizik".

Tədbirdə qonaqlara türk mətbəxindən İstanbul menyusu təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı “Əsrlik reseptlərlə türk mətbəxi” kitabının təqdim olunduğu tədbirdə qonaqlara aşpazlar tərəfindən yeməklərin necə hazırlandığı barədə təqdimat da edilib.

Son xəbərlər

Orphus sistemi