"Türk Dünyasının Ali Ordeni İlham Əliyevin təşkilatın inkişafına verdiyi töhfənin qiymətləndirilməsidir"

"Türk Dünyasının Ali Ordeni İlham Əliyevin təşkilatın inkişafına verdiyi töhfənin qiymətləndirilməsidir" Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 18 ildə böyük inkişaf yolu keçib.
Daxili siyasət
13 Noyabr , 2021 15:28
Türk Dünyasının Ali Ordeni İlham Əliyevin təşkilatın inkişafına verdiyi töhfənin qiymətləndirilməsidir

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 18 ildə böyük inkişaf yolu keçib. Bu müddət ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər də deyilənləri təsdiqləyir. Onu da qeyd edim ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində əldə etdiyimiz Zəfər bu uğurlarımızın mərkəzində dayanır”.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisinm deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu uğurları dünya birliyi, o cümlədən türk dünyası tərəfindən də yaxından izlənilir və təqdir edilir: "Bunu noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bir daha təsdiqlədi. Prezident İlham Əliyev Türk Dövlətləri Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Həmin tədbirdə orden dövlət başçısına təqdim edildi. Qeyd edim ki, Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi dövlət başçısının böyük şəxsiyyətinə, türk dünyasındakı liderliyinə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından önəmli deyil: “Bununla həm də türk dünyasının daha da sıx birləşməsi üçün zəmin yaranıb. Rəcəb Tayyib Ərdoğanın təqdimat mərasimində bəyan etdiyi kimi, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. Bir sözlə, Türkiyə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

İlham Əliyev
İlham Əliyev

V.İskəndərov qeyd edib ki, Azərbaycanın dövlət başçısı eyni zamanda türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb: “Hələ 2009-cu ilin oktyabrında Türk Dövlət Başçıları Şurasının Naxçıvan Zirvə Görüşündə Prezident İlham Əliyev deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Bütün bunların konteksində 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərimiz eyni zamanda Zəngəzur dəhlizinin açılmasını şərtləndirib. Yəni bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Beləliklə, Prezident İlham Əliyev türk dövlətləri arasında coğrafi bağlılığın bərpasına, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir”.

“Nəhayət, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib və türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Onu da unutmaq olmaz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. Ölkəmizin təşkilata iki illik sədrliyi dövründə atılan addımlar bunu bir daha təsdiqləyir”, - deyə deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi