Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
"Report"un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Dəyişikliklə siyahıya “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu əlavə edilib.