​Tural Abbaslı Müsavat Partiyasından istefa verib

​Tural Abbaslı Müsavat Partiyasından istefa verib O, istefasını partiyadaxili mühitlə əlaqələndirib
Daxili siyasət
5 May , 2016 16:20
​Tural Abbaslı Müsavat Partiyasından istefa verib

Bakı. 3 may. REPORT.AZ/ Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiya sıralarından istefa verib.

Bu barədə "Report"a T.Abbaslı özü məlumat verib.

O, istefasını partiyadaxili mühitlə əlaqələndirib.

"Mən 2000-ci ildən Müsavat Partiyasının üzvüyəm. Üzv olduğum 16 il ərzində partiya strukturunun müxtəlif vəzifələrində Müsavat və müsavatçılıq ideologiyası uğrunda layiqincə xidmət göstərdiyimi düşünürəm. Biz ailəliklə müsavatçı olmuşuq. Müsavat Partiyası son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!", - deyə T.Abbaslı istefa ərizəsində bildirib.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Hazırda isə həmin blok partiyaya çevrilir.

Son xəbərlər

Orphus sistemi