Torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlara baxılması qaydası ləğv edilib

Torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlara baxılması qaydası ləğv edilib Nazirlər Kabinetinin “Dövlət torpaq kadastrı haqqında” qərarında dəyişiklik edilib
Daxili siyasət
9 Oktyabr , 2016 02:41
Torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlara baxılması qaydası ləğv edilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı sənədə əsasən, qurumun “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”sinin 4-cü hissəsinin yeddinci abzası ləğv edilib.

Həmin abzasa əsasən, torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlar torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada baxılır və təsdiq edilirdi.

Qərar “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi qəbul olunub.

Son xəbərlər

Orphus sistemi