Ticarət və əyləncə mərkəzləri ilə bağlı qərar dəyişmədi

Ticarət və əyləncə mərkəzləri ilə bağlı qərar dəyişmədi Ticarət və əyləncə mərkəzləri ilə bağlı qərar dəyişmədi
Daxili siyasət
24725
3 Avqust , 2020 16:36
Ticarət və əyləncə mərkəzləri ilə bağlı qərar dəyişmədi

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər 2020-ci il 31 avqust saat 00:00-dək davam edəcək. 

"Report" xəbər verir ki, bu narədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı verib.

Qərara əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. 

• iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması; 

• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

Orphus sistemi