“The Telegraph”: Elektrik stansiyaları və heykəllər - Azərbaycan mədəniyyətini yenidən möhkəmləndirir

“The Telegraph”: Elektrik stansiyaları və heykəllər - Azərbaycan mədəniyyətini yenidən möhkəmləndirir Elektrik stansiyaları və heykəllər: Azərbaycan öz mədəniyyətini kəskin ziddiyyətlər mərkəzi olan şəhərdə yenidən möhkəmləndirir
Daxili siyasət
328
6 İyul , 2021 19:37
“The Telegraph”: Elektrik stansiyaları və heykəllər - Azərbaycan mədəniyyətini yenidən möhkəmləndirir

Britaniyanin məşhur "Telegraf" nəşri Qarabağ haqqında məqalə dərc edib.

Elektrik stansiyaları və heykəllər: Azərbaycan öz mədəniyyətini kəskin ziddiyyətlər mərkəzi olan şəhərdə yenidən möhkəmləndirir

Ötən payızın altı həftəlik müharibəsi Azərbaycan üçün tez əldə edilmiş bir qələbə oldu və indi şəhər qalib olan tərəfin simasında yenidən qurulur

Colin Freeman

Şuşa

6 iyul 2021 saat 6:00-da

Müharibə dövrünə xas ləğvetmə mədəniyyətinin qurbanına çevrilməsindən otuz il sonra Azərbaycan himninin bəstəkarı olan Üzeyir Hacıbəylinin büstü onun tərəfdarlarının da layiqli hesab etdiyi yerə qaytarıldı.

Sovet dövründə ölkənin ən dahi klassik musiqiçisinin bürünc heykəli “mübahisəli” Dağlıq Qarabağ bölgəsinin mədəniyyət paytaxtı sayılan Şuşanın mərkəzində qürurla ucalırdı.

Ancaq 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ erməni separatçılarının nəzarətinə keçdikdən sonra Hacıbəylinin büstü silahlı şəxslər tərəfindən hədəf kimi seçilərək Gürcüstanda metal qırıntılarını satan şəxsə satılır. Lakin Azərbaycan Mədəniyyət Nazirliyi onu geri qaytarmağa nail olur.

İndi keçən il yenidən başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan qüvvələri tərəfindən geri alınmış Şuşa ilə birlikdə Hacıbəylinin gülləyə tuş gəlmiş büstü şəhər meydanında görünür. Həmçinin, Azərbaycanlı şair Xurşidbanu Natəvan və məşhur müğənni Bülbülün büstləri də on illər ərzində Azərbaycan İncəsənət Muzeyində saxlanıldıqdan sonra tozu silinərək bərpa olundu.

2020-ci il müharibəsindən sonra yenidənqurma məqsədilə Azərbaycan hökuməti tərəfindən gətirilən tikinti işçiləri

“Bu abidələr burda 1988-ci il müharibəsindən əvvəl var idi, lakin ermənilər Azərbaycan mədəniyyətinə nifrətini göstərmək üçün onlara atəş açıb. Biz indi bu heykəlləri bərpa etmişik, lakin onlara qarşı edilən aqressiyadan xatirə kimi güllə izlərinə toxunmamışıq” deyə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Zaur Fərhadov qeyd edib.

Ötən payızda 6 həftəlik müharibə Dağlıq Qarabağın dağlıq ərazilərindəki erməni müdafiəsini məhv etmək üçün Türkiyə hərbi dronlarından istifadə edən Azərbaycanın qələbəsi ilə nəticələndi. Azərbaycan Prezidenti İlham Əliyev hazırda yüz minlərlə məcburi köçkünü beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan regionun azad edilmiş ərazilərinə qaytarmağı planlayır.

Geri qaytarılan ərazilərdən cənab Əliyev üçün ən qiymətlisi Şuşadır – yüksəklikdə yerşələn, hər iki tərəfin mədəniyyət paytaxtı kimi qəbul etdiyi, məscidlərin və kilsələrin olduğu şəhər.

Bu şəhər 1988-1994-cü illərdə baş verən müharibədə erməni separatçı qoşunları üçün böyük qələbə məkanı oldu. Bu zaman onlar Azərbaycan ordusunun separatçı bölgənin paytaxtı Xankəndi şəhərini raket atəşinə tutmasının qarşısını almaq üçün dik yamaclara dırmanırdılar.

Lakin ötən il “The Telegraph”ın Şuşaya səfəri zamanı Azərbaycan qüvvələrinin Şuşanı, o cümlədən müqəddəs Xilaskar kilsəsinin günbəzini raketlə vurduqdan sonra vəziyyət dəyişdi. Daha sonra Azərbaycan ordusu bayrağı Şuşada yenidən dalğalandırmaq üçün oraya qayalarla dırmaşdılar. Azərbaycanlıların Şuşaya daxil olması erməniləri Rusiya vasitəçiliyi ilə atəşkəs imzalamağa məcbur etdi.

Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin büstü

"Çox çətin döyüş oldu, çünki biz yoxuşa doğru vuruşurduq, lakin bütün bunlardan məmnun idik, çünki Şuşa bizim mədəni irsimizin ayrılmaz bir hissəsidir", polkovnik Müşviq Qafarov qeyd edib.

Bu fikirləri Polkovnik Qafarov müharibənin böyük miqyaslı bir təbliğat qələbəsi olduğunu düşünən cənab Əliyevin administrasiyası tərəfindən Şuşaya təşkil edilən bir media səfəri zamanı “The Telegraph”a deyib. Prezident artıq bir neçə dəfə Şuşaya səfər etmiş, üç yeni hotel açmış və söz vermişdi ki, on illərlə davam edən erməni vəhşiliyindən sonra Şuşa indi turizm cənnətinə çevriləcək.

"Şuşa yalnız Azərbaycanın, bölgənin deyil, həm də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək" - o deyib.

Hərbi geyimdə qalib cənab Əliyevin şəkillərini əks etdirən bir neçə yeni elektrik stansiyası artıq tikilib.

Hazırda Şuşanın özündə, əksəriyyəti müharibə nəticəsində dağıdılmış və şəhərin köhnə, Sovet dövründən qalma mənzil fondunun dəyişdirilməsi və Azərbaycan muzeylərinin, mədəniyyət sahələrinin bərpası istiqamətində işlər aparılır. Şuşanın Azərbaycan dilində yazılmış yeni lövhəsi şəhər qalasını bəzəyir və bəzi binalarda latın dilində Roma ifadəsindən götürülmüş divar yazıları var: “Veni, vidi, vici” (Gəldim gördüm, fəth etdim). Ermənistanın qəsdən hədəf alındığını iddia etdiyi, bombadan zərər görmüş kilsədə də təmir işləri aparılır.

Azərbaycan ordusu 2020-ci il Dağlıq Qarabağ müharibəsində şəhəri yenidən ələ keçirdi

Şuşada mərkəzi məscid

Tikinti işçiləri arasında şəhər 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal olunan zaman oranı tərk etmək məcburiyyətində qalan minlərlə azərbaycanlıdan biri olan 42 yaşlı Seymur Nəsibov da var.

"O zaman mən yalnız 14 yaşındaydım - ərazi bombalandı və erməni qoşunları girəndə biz qaçdıq" deyən S.Nəsibov “The Telegraph”a ermənilərin bomba ilə dağıtdığı mənzilini göstərib. "Hər gün işdən sonra bu köhnə mənzilə gəlirəm, pəncərə və qapıları olmasa da, buraya qayıtmaq bir möcüzə kimidir".

Atəşkəs şərtlərinə görə, azərbaycanlıların Xankəndi adlandırdığı Stepanakertin Ermənistanın nəzarəti altında qalmasına baxmayaraq, yenidənqurma işləri Əliyevin Dağlıq Qarabağa nəzarətini tam mənada möhkəmləndirmək üçün nəzərdə tutulub. 2000 nəfərlik Rusiya sülhməramlılarından ibarət bir qrup indi Stepanakerti Ermənistanla bağlayan dar bir dəhlizə nəzarət edir. Bu dəhliz anklava iqtisadi həyat verir.

Bununla yanaşı, cənab Əliyev separatçıların nəzarətində olan bütün bölgənin nəticədə Azərbaycanın nəzarətinə qaytarılmasını istədiyini söyləyib. Diplomatlar hesab edirlər ki, bölgə ilə bağlı gələcək danışıqlar nəticəsiz qalarsa, o, yenidən güc yolundan istifadə edə bilər.

Yeri gəlmişkən, keçən il Şuşadan qaçan ermənilərdən kiminsə geri qayıdacağını zaman göstərəcək. Azərbaycan rəsmiləri bildiriblər ki, öz vətəndaşları ora köçürüldükdən sonra ermənilərin də geri qayıtmağına icazə veriləcək. Lakin emosiyaların hər iki tərəfdə də hələ yüksək olduğu bir vaxtda, heç kim bunun tezliklə baş verəcəyini gözləmir.

Geri dönəcəyini istisna edən ermənilər arasında “The Telegraph”ın sonuncu dəfə keçən ilin oktyabr ayında döyüşlərdə gördüyü 56 yaşlı Aşot Gulyan da var. O, qısa müddət sonra Şuşadan qaçıb və indi Ermənistanın paytaxtı Yerevanda kirayədə yaşayır. .

"Mən Şuşadan ayrıldığım zaman düşünürdüm ki, erməni qoşunlarımız böyük əks-hücum təşkil edəcək və biz şəhəri yenidən əldə edəcəyik. Mən qayıdıb düşmənin nəzarəti altında yaşayacağam? - Heç vaxt, heç bir halda".

Son xəbərlər

Orphus sistemi