​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası başa çatıb

​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası başa çatıb 37 079 namizəd qeydə alınıb
Daxili siyasət
22 Dekabr , 2014 08:00
​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası başa çatıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası üçün ayrılmış vaxt başa çatıb. “Report”un xəbərinə görə, noyabrın 30-da başlamış təşviqat kampaniyası 22 gün davam edib.

Kampaniya üçün ayrılmış vaxt bu gün səhər 08:00-da başa çatıb.

Təşviqat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları aparmaq hüququna malik idilər.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bu seçkilərdə bələdiyyə üzvlüyünə 37 079 namizəd, seçkiləri izləmək üçün isə 50 mindən artıq yerli seçki müşahidəçisi qeydə alınıb. MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi