Yuxarı

​VHP Gənclər Təşkilatının sədri istefa verib

Partiyanın Gənclər Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.

VHP-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. Gənclər Təşkilatının sədri Tural Hüseynli səlahiyyət müddəti başa çatdığından sədrlikdən istefa verdiyini bəyan edib. Məclis üzvləri Əsasnaməyə uyğun olaraq onu vəzifəsindən azad ediblər. Növbəti konfrans iyulun 28-nə təyin edilib.

Məclisdə 5 nəfərdən ibarət Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Rəhilə Məmmədli konfransa qədər sədr əvəzi seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi