​Müsavatdan istefa verən təşkilat sədri AzDP-yə üzv olub

​Müsavatdan istefa verən təşkilat sədri AzDP-yə üzv olub Nadir Ələsgərli üzvlüklə bağlı AzDP-yə müraciət etdikdən sonra onun müraciətinə baxılıb və partiya sıralarına qəbul olunub
Daxili siyasət
10 Mart , 2015 17:51
​Müsavatdan istefa verən təşkilat sədri AzDP-yə üzv olub

Bakı. 10 mart. REPORT.AZ/ Müsavat Partiyasından istefa verən Beyləqan rayon təşkilatının sədri Nadir Ələsgərli Azad Demokratlar Partiyasına (AzDP) üzv olub.

Bu barədə "Report"a AzDP-nin mətbuat katibi Akif Nəsirli məlumat verib. O bildirib ki, N.Ələsgərli üzvlüklə bağlı AzDP-yə müraciət etdikdən sonra onun müraciətinə baxılıb və partiya sıralarına qəbul olunub.

Xatırladaq ki, fevralın 22-də Müsavat Partiyasının Beyləqan rayon təşkilatının bir qrup üzvü istefa verib. İstefa verənlərin əksəriyyəti AzDP-yə üzv olub.

Son xəbərlər

Orphus sistemi