Tərtərin Talış kəndinə köçəcək sakinlərlə püşkatma keçirilib

Tərtərin Talış kəndinə köçəcək sakinlərlə püşkatma keçirilib Tərtər rayonunun Talış kəndinə köçəcək sakinlərlə görüş keçirilib və evlərin püşkatma mərasimi baş tutub.
Daxili siyasət
14 mart 2023 17:00
Tərtərin Talış kəndinə köçəcək sakinlərlə püşkatma keçirilib

Tərtər rayonunun Talış kəndinə köçəcək sakinlərlə görüş keçirilib və evlərin püşkatma mərasimi baş tutub.

"Report" xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tvitterdə bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, görüşdə əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.

Son xəbərlər

Orphus sistemi