Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisinə 7 milyon manat ayrılıb

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisinə 7 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
5 İyul , 2017 18:19
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisinə 7 milyon manat ayrılıb

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi