“Terror multikulturalizmə qarşı” adlı yeni layihəyə start verilib

“Terror multikulturalizmə qarşı” adlı yeni layihəyə start verilib Layihə dövlət qurumları ilə birlikdə həyata keçiriləcək
Daxili siyasət
18 May , 2016 17:00
“Terror multikulturalizmə qarşı” adlı yeni layihəyə start verilib

Bakı. 18 may. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Terror multikulturalizmə qarşı” adlı layihəyə start verib.

Bu barədə "Report"a BBMM-dən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində Azərbaycanda, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumların keçirilməsi, televiziya proqramları, videoçarxlar və filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur.

Layihənin məqsədi zaman-zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır. 

Son xəbərlər

Orphus sistemi