​“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anılıb

​“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anılıb Tədbirdə ASC idarə heyətinin sədri Zakir İbrahimov çıxış edib
Daxili siyasət
19 Yanvar , 2016 13:27
​“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ “Təmiz Şəhər” ASC-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qurumun rəhbərliyi və əməkdaşları qanlı hadisə şəhidlərini anıblar.

Bir dəqiqəlik sükutla faciə qurbanları anıldıqdan sonra “Təmiz Şəhər”in idarə heyətinin sədri Zakir İbrahimov çıxış edib. O, günün tarixi əhəmiyyəti barədə danışaraq bugünkü müstəqilliyimizdə 20 yanvar tarixinin mühüm yeri olduğunu bildirib. Zakir İbrahimov Azərbaycan xalqının 26 ildir ki, hörmətlə andığı şəhidlərin heç vaxt unudulmayacağını söyləyib.

ASC sədri bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyevin öz münasibətini bildirdiyini xatırladıb. Zakir İbrahimov bildirib ki, ulu öndər 20 Yanvar gününün səhərisi artıq Moskvada çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu deyib.

Qurumun rəhbəri bildirib ki, ölkə Prezidenti İlham Əliyevin bu qürurlu tarixin unudulmaması, gənc nəsillərə öyrədilməsi üçün hər il hadisənin ildönümünün keçirilməsi ilə bağlı sərəncam imzalayır və özü şəxsən anım tədbirlərində iştirak edir.

Sonra 20 Yanvarla bağlı film nümayiş olunub və “Təmiz Şəhər”in rəhbərliyi və əməkdaşları birlikdə bu filmə baxıb, həm film, həm hadisə barədə öz fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi