Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib
Daxili siyasət
166
24 Fevral , 2015 14:44
Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb. "Report" xəbər verir ki, bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək cərimə ediləcək. Bundan başqa, teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə də cərimələr eyni məbləğdə təyin olunub. Nəzərdə tutulan dəyişikliklər sanksiyaların sərtləşdirilməsi məqsədilə edilir.

Qeyd edək ki, dəyişikliklər səsvermədən sonra qəbul edilib.

Son xəbərlər

Orphus sistemi