Tələbələrə akademik məzuniyyətin verilməsi ilə bağlı yeni qayda müəyyənləşdirilib

Tələbələrə akademik məzuniyyətin verilməsi ilə bağlı yeni qayda müəyyənləşdirilib Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində akademik məzuniyyət götürülməsinə dair qaydalar təsdiqlənib
Daxili siyasət
127
13 Dekabr , 2017 11:46
Tələbələrə akademik məzuniyyətin verilməsi ilə bağlı yeni qayda müəyyənləşdirilib
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Tələbələrə akademik məzuniyyətin verilməsi ilə bağlı yeni qayda məlum olub.

“Report”un xəbərinə görə, bu, Təhsil Nazirliyinin Kollegiyasının “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

Tələbəyə akademik məzuniyyət müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, ailə vəziyyətinə görə - 2 il müddətinədək, səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə görə verilir.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Son xəbərlər

Orphus sistemi