Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək Qəbulda Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər
Daxili siyasət
23 May , 2016 13:08
Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Bakı. 23 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Xırdalanda vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş may ayının 26-da saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar may ayının 23, 24, 25-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi