Ziyafət Əsgərov: "Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb"

Ziyafət Əsgərov: "Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb" Azərbaycanlı girovların geri qaytarılması ilə bağlı Azərbaycan tərəfindən çox ciddi işlər görülür
Daxili siyasət
26 Fevral , 2015 11:18
Ziyafət Əsgərov: Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycanlı girovların geri qaytarılması ilə bağlı Azərbaycan tərəfindən çox ciddi işlər görülür. Hətta Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanları ilə yanaşı, biz də parlament səviyyəsində həm xarici səfərlərimizdə, həm də görüşlərimizdə bu məsələni dəfələrlə qabardırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Kəlbəcər Dağlıq Qarabağın əzəli torpağıdır: "Əgər 2 nəfər azərbaycanlı şəxs öz doğmalarının qəbirlərini ziyarət etmək oraya gedirsə, burada nə cinayəti ola bilər? Bu insanlar üzərində şoulu məhkəmənin qurulması doğurdan da biabırçılıqdır. Güman etmirəm ki, onlar həmin insanları orada çox saxlaya biləcəklər".

Z. Əsgərov qeyd edib ki, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Azərbaycanda və rəsmi İrəvanda məsələ ilə bağlı bəyanat verdi: "Onlar da girovların qaytarılmasında maraqlıdır. İstərdik ki, bu sözlər tək bəyanat kimi deyilməsin. Bu bəyanatın arxasında iş olsun. Yəni, Ermənistana təzyiq olsun ki, şou məhkəmələrindən uzaq olsunlar. İnsanları bu qədər incitmək olmaz axı?! Burada digər məsələ də var ki, girovlardan biri Rusiya vətəndaşıdır. Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb. Hərçənd bir ay bundan əvvəl ölkənin xarici işlər naziri Sergey Lavrov bəyanat verdi ki, biz bu barədə işləyəcəyik.Lakin bir ay keçməsinə baxmayaraq, hələ də nəticə yoxdur. Hər halda ümid edirik ki, Rusiyanın dövlət orqanları öz konstitusiyaları və vətəndaşlıq haqqında qanunlarına hörmət edərək vətəndaşlarına sahib çıxacaqlar". 

Son xəbərlər

Orphus sistemi