Yuxarı
    Bağlamaq

    Təbii qazın əhali istehlakçı qrupu üzrə müəyyən edilən tarifi qüvvəyə minib

    Qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilib

    Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Tarif Şurasının təbii qazın əhali istehlakçı qrupu üzrə müəyyən etdiyi tarif qüvvəyə minib.

    "Report"un xəbərinə görə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

    Şuranın qərarında bildirilib ki, Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 75%-nin illik istehlak həcmi 1700 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

    Qeyd edək ki, təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Bu qərar isə 2016-cı ilin dekabrın 1-dən qüvvəyə minib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi