Azərbaycanda “Təbii inhisarlar haqqında” qanuna dəyişiklik olunub

Azərbaycanda “Təbii inhisarlar haqqında” qanuna dəyişiklik olunub Təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi halda icra hakimiyyəti orqanı cərimənin məcburi qaydada ödənilməsi üçün qərar qəbul edəcək
Daxili siyasət
30 Aprel , 2015 10:04
Azərbaycanda “Təbii inhisarlar haqqında” qanuna dəyişiklik olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Təbii inhisarlar haqqında” qanununda dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, qanuna edilən dəyişikliyə görə, təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu qanun təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir.

Qanuna əsasən, təbii inhisarları tənzimləyən orqanların səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və ya başqa məlumatın vaxtında təqdim edilməməsinə görə minimum əmək haqqının 500, nəzərdə tutulan məlumatın təqdim edilməməsinə görə minimum əmək haqqının 600, təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan məlumatın verilməsinə görə minimum əmək haqqının 1000, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsinə görə minimum əmək haqqının 15000, qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə minimum əmək haqqının 10000 mislinədək cərimə tətbiq edilir.

Bu maddəyə uyğun tətbiq edilən cərimələr qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödənilir. Təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyirlər.

Son xəbərlər

Orphus sistemi