TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
Daxili siyasət
2936
13 Sentyabr , 2021 12:10
TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

V.Qurbanov hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi