"Tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir" - RƏY

"Tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir" - RƏY “Prezident İlham Əliyev ADA universitetində keçirilən beynəlxalq konfransda postmüharibə dövrünün reallıqları ilə bağlı bir sıra olduqca mühüm tezislərlə çıxış etdi”
Daxili siyasət
30 Aprel , 2022 13:12
Tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir - RƏY

“Prezident İlham Əliyev ADA universitetində keçirilən beynəlxalq konfransda postmüharibə dövrünün reallıqları ilə bağlı bir sıra olduqca mühüm tezislərlə çıxış etdi”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

O xatırladıb ki, bu tezislərdən biri də Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı hansı xəritələrə istinad məsələsini özündə ehtiva etməsi ilə bağlı idi:

“Prezident qeyd etdi ki, bu məsələlərdə hər halda tarix mütləq nəzərə alınmalıdır. Burada bir xəritəyə istinad etmək olmaz. Burada bir neçə xəritədən istifadə edilməlidir. Xüsusilə də qeyd etdi ki, o baxımdan tarix nəzərə alınmalıdır ki, məsələn 1918-ci il xəritəsi var ki, İrəvan Azərbaycanın tərkib hissəsidir. 1920-ci ilin xəritəsi var ki, Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Eyni zamanda İranla Ermənistan arasındakı sərhədboyu ərazilərdə azərbaycanlılar yaşayıb. 1918-ci ildə İrəvan, 1920-ci ilin noyabr ayında Zəngəzur Ermənistana verilib. İlham Əliyev xüsusilə də Zəngəzurla bağlı məsələyə diqqəti cəlb etdi ki, o zaman bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bu gün İranla sərhəd məhz oradan keçir. Beləliklə, xəritəni süni şəkildə dəyişdiriblər”.

“Ona görə də, Prezident bir daha vurğuladı ki, biz ilk növbədə Cənubi Qafqazın sovetləşməsindən sonrakı dövr xəritələrinə istinad etməliyik. Amma eyni zamanda da Çar Rusiyasından üzü bəri xəritələr var ki, sərhədlərin müəyyən olunması prosesinə cəlb olunmalıdır. Beləliklə, tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir. Bunun üçün də təbii ki, çoxsaylı xəritələrə istinad ediləcək. Həqiqət və ədalət zəfər çalacaq”, - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi