Yuxarı
    Bağlamaq

    Tanınmış siyasətçilər Milli Şuradan xaric edilib

    Razi Nurullayev: “Bu qərar tapşırıq əsasında qəbul olunub”

    Razi Nurullayev: “Bu qərar tapşırıq əsasında qəbul olunub”

    Bakı. 26 aprel. REPORT/ Milli Şuranın növbəti sessiyası keçirilib. “Report”un məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, eləcə də Milli Şuranın təyin etdiyi növbəti mitinqə hazırlıq və təşkilati məsələlər müzakirə olunub. Müzakirələrin yekununda Milli Şuranın bir neçə üzvü, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da daxil olmaqla bir sıra KXCP təmsilçiləri qurumdan çıxarılıblar.

    R. Nurullayev “Report”a açıqlamasında deyib ki, Milli Şuranın belə qərar çıxarması demokratik prinsiplərə ziddir. Onun sözlərinə görə, bu qərar tapşırıq əsasında qəbul olunub: “Məni Milli Şuranın sessiyasına dəvət etməyiblər. Sessiyaya dəvət olunmadığım halda belə qərar necə çıxarıla bilər?! Buradan görünür ki, onlar mənə qarşı qərəzlidirlər”.

    KXCP sədri Mirmahmud Mirəlioğlu isə “Report”a deyib ki, Milli Şurada təmsil olunmur və belə qərarın çıxarılması təəccüb doğurur.

    KXCP sədrinin müavini, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev “Report”a açıqlamasında bildirib ki, bu qərar Milli Şurada fəaliyyətini dayandırmış KXCP üzvlərinə şamil edilib: “Mən KXCP sədrinin müavini olaraq Milli Şurada fəaliyyətimi davam etdirirəm. KXCP sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvü Milli Şurada fəaliyyətini dayandırmışdı. Belə bir qərar verilməklə onların fəaliyyətinə xitam verildi”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi