Qapalı qurultayda Tahir Kərimli növbəti dəfə Vəhdət Partiyasının sədri seçilib

Qapalı qurultayda Tahir Kərimli növbəti dəfə Vəhdət Partiyasının sədri seçilib Qurultayda 211 nümayəndə iştirak edib
Daxili siyasət
23 May , 2016 11:52
Qapalı qurultayda Tahir Kərimli növbəti dəfə Vəhdət Partiyasının sədri seçilib

Bakı. 23 may. REPORT.AZ/ Vəhdət Partiyasının IV qurultayı keçirilib.

"Report" xəbər verir ki, mətbuat üçün qapalı olan qurultayda 211 nümayəndə iştirak edib.

Milli Məclisin deputatı Tahir Kərimli yenidən Vəhdət Partiyasının sədri seçilib, Əbdülvahab Manafov isə sədrin birinci müavini olub.

Bundan başqa, qurultayda 7 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb. Etibar Səmədov komissiyanın sədri seçilib. 

Son xəbərlər

Orphus sistemi