Tahir Kərimli: "Bəzi müxalifət liderlərinin övladları hərbi xidmətdə olmayıb"

Tahir Kərimli: "Bəzi müxalifət liderlərinin övladları hərbi xidmətdə olmayıb" “Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.
Daxili siyasət
221
21 Oktyabr , 2021 13:17
Tahir Kərimli: Bəzi müxalifət liderlərinin övladları hərbi xidmətdə olmayıb

“Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.

“Report”un xəbərinə görə, bu fikirləri Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

"Bəzi müxalifət liderləri tələb edirlər ki, dayanmayaq, gedək Xankəndini alaq. Ancaq onların bəzilərinin övladları hərbi xidmətdə olmayıb. Bəzilərinin övladları xaricdə yaşayır”, - o bildirib.

Deputat vurğulayıb ki, kəndlərdə pay torpaqları verilib: “Ancaq insanların texnikaları yoxdur ki, həmin torpaqlarda əkin aparsınlar. Şəhərlər də işsizliyə görə dolur”.

Son xəbərlər

Orphus sistemi