Şuşada 31 bina növbəti mövsümdə istiliklə təmin ediləcək - SƏRƏNCAM

Şuşada 31 bina növbəti mövsümdə istiliklə təmin ediləcək - SƏRƏNCAM Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
330
8 May , 2021 17:57
Şuşada 31 bina növbəti mövsümdə istiliklə təmin ediləcək - SƏRƏNCAM
0 : 00
0 : 00

Prezident İlham Əliyev Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi