Şuşa sakini: Bərpa işləri adamı yaşamağa ruhlandırır

Şuşa sakini: Bərpa işləri adamı yaşamağa ruhlandırır Allah ordumuzu, Prezidentimizi qorusun. Onlar bizi ən böyük - 32 illik arzumuza çatdırdılar. Məncə, bundan böyük sevinc səbəbi ola bilməz.
Daxili siyasət
12 İyun , 2024 08:01
Şuşa sakini: Bərpa işləri adamı yaşamağa ruhlandırır

Tanrı ordumuzu, Prezidentimizi qorusun. Onlar bizi ən böyük - 32 illik arzumuza çatdırdılar. Məncə, bundan böyük sevinc səbəbi ola bilməz.

"Report" xəbər verir ki, bunu keçmiş məcburi köçkün Gülzar Kərimova deyib.

Keçmiş günlərini xatırlayan şuşalı şəhərin yenidən bərpasını böyük şövqlə qarşılayıb: "Mənfur düşmən yurdumuzu viran qoymuşdu. İndi baxıram, çox gözəl olub. Bərpa işləri adamı yaşamağa ruhlandırır. Şuşa özünə qovuşur".

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (85 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 126 ailənin (491 nəfərin) daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi