Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılıb - RƏSMİ

Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılıb - RƏSMİ Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib
Daxili siyasət
29 Dekabr , 2017 17:36
Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılıb - RƏSMİ

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbərinə görə, məcəllənin 342-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinin 342.1.2-ci bəndi çıxarılıb.

Bu bəndə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilirdi.

Son xəbərlər

Orphus sistemi