Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib 20 Yanvar faciəsinin 31-ci ildönümündə Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində anım tədbiri keçirilib.
Daxili siyasət
20 Yanvar , 2021 12:52
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar faciəsinin 31-ci ildönümündə Sumqayıtdakı Şəhidlər xiyabanı memorial kompleksində anım tədbiri keçirilib.

"Report" xəbər verir ki, səhər saatlarından etibarən şəhər sakinləri Sumqayıtdakı 500-ə yaxın şəhidin məzarını ziyarət ediblər.

Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və Azərbaycan şəhidlərinin ruhu ehtiramla yad edilib.

Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.

Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra 1990-cı ilin Yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimov, İsmayıl Mirsaqulov və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi