Spiker: “Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”

Spiker: “Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır” “Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”.
Daxili siyasət
24 Aprel , 2021 23:52
Spiker: “Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”
Sahibə Qafarova

“Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Milli Məclisin sədri bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu bildirib.

S.Qafarova son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi