Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
DTX-dən "Report"a verilən məlumata görə, növbəti interaktiv seminar Xətai rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub.
Seminarın məqsədi Azərbaycan Respublikasının Prezidenti
Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar.
Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.
Akademiya rəisinin birinci müavini
Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, kafedra rəisi D.Rüstəmovun, DTX-nin əməkdaşı O.Mustafazadənin və Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Eivin Balacanovun və digərlərinin aktual mövzularda məruzələri dinlənilib. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.
Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda videoçarx nümayiş olunub.