Sosial-iqtisadi inkişaf strategiyasının iş planının ilkin layihəsi martın 15-dək hazırlanacaq

Sosial-iqtisadi inkişaf strategiyasının iş planının ilkin layihəsi martın 15-dək hazırlanacaq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupunun rəhbərlərinə tapşırıqlar verilib
Daxili siyasət
246
27 Fevral , 2021 13:47
Sosial-iqtisadi inkişaf strategiyasının iş planının ilkin layihəsi martın 15-dək hazırlanacaq

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupunun rəhbərlərinə tapşırıqlar verilib.

"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda sərəncamda öz əksini tapıb.

Belə ki, alt işçi qrupların rəhbərlərinə aşağıdakılar tapşırılıb:

Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərini və iş planının ilkin layihəsini 2021-ci il mart ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

Ehtiyac olduqda işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının), dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etməlidirlər.

Nazirlər Kabinetinin 2021-ci il 3 fevral tarixli 101s nömrəli Sərəncamının 3.4-cü bəndinin və 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq İqtisadiyyat Nazirliyinə məlumat təqdim etməlilər.

Strategiyanın hazırlanması ilə bağlı zəruri işlərin görülməsini təmin etməlidirlər.

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.

Nazirlər Kabinetinin 2021-ci il 3 fevral tarixli 101s nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Strategiyanın hazırlanması prosesində zəruri təşkilati (katiblik) məsələlərin, habelə alt-işçi qrupları arasında kommunikasiya və əlaqələndirmə işlərinin yerinə yetirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış məsləhətçi şirkətlərin cəlb olunmasını, habelə Strategiyanın hazırlanması prosesində katiblik məsələlərinin həlli üçün İqtisadiyyat Nazirliyinin sifarişi əsasında zəruri maliyyələşdirməni təmin etsin.

Son xəbərlər

Orphus sistemi